|
|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi
Fevralın 25-də Bakıdakı M.Müşfiq adına 18 nömrəli orta məktəbdə ibtidai siniflərdə kurikulumların tətbiqi ilə əlaqədar "Açıq qapı" günü keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun nümayəndəlri, bir qrup məktəb direktoru, fənn müəllimləri və KİV əməkdaşları iştirak edirdilər. Məktəbin direktoru Vaqif Hüseynov tədbirin əhəmiyyəti haqqında məlumat verdi. Qonaqlar məktəbin təlim-tərbiyə işləri ilə yaxından tanış olduqdan sonra I "A" sinfində Nazirə Hümbətovanın ana dili , I "C" sinfində Rəna Ağazadənin riyaziyyat, I "ç"sinfində Mehriban Qarayevanın həyat bilgisi , II "D" sinfində Mehriban Qocayevanın təsviri incəsənət, I "A"(r.b.) sinfində Afaq Axundovanın texnologiya və I "B" sinfində Səbinə Musazadənin musiqi dərslərində iştirak etdilər. Sonra "dəyirmi masa" arxasında dinlənilən dərslərin təhlili oldu. "Açıq qapı" günündə təhsil naziri Misir Mərdanov I "C" sinfində Rəna Ağazadənin riyaziyyatdan "Həndəsi fiqurların qruplaşdırılması" mövzusundə keçdiyi "açıq dərs"i dinlədi. Müzakirələrdə nazir bildirdi ki, iştirak etdiyim dərs çox yaradıcı oldu və Milli Kurikulumun tələb etdiyi standartlar əsasında yüksək səviyyədə keçdi. Müəllim dərsdə əyani vəsaitdən və digər vasitələrdən lazımınca istifadə etdi və keçdiyi dərsdə fənlərarası inteqrasiya yaratdı. "Açıq dərs"dən razılıq edən təhsil naziri Misir Mərdanov onu da əlavə etdi ki, müəllim dərs prosesində şagirdləri qruplarla işlətdi, qruplar arasında düzgün qiymətləndirmə apardı və müasir dərsə verilən digər tələbləri də keyfiyyətlə yerinə yetirə bildi. Təhsil Nazirliyindən A.Əhmədov, Azərbaycan Müəllimlər İnstitutundan R.Məmmədzadə, Təhsil Problemləri İnstitutundan Y.Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri N.Rzaquliyeva və başqaları da dinlənən dərslər barədə öz fikirlərini söylədilər və müəlimlərin işlərindən razı qaldıqlarını bildirdilər. Sonda qonaqlar bu cür tədbirlərin təhsil üçün əhəmiyyətli olmasından söz açdılar və məktəbdə kurikulumların tətbiqi istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildirdilər.
Şakir CƏFƏROV
|
![]() |
![]() |
![]() |
![]() |