|
|
|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Xocalı faciəsinin on səkkizinci ildönümü təhsil müəssisələrində qeyd olundu
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və başqaları çıxış ediblər. Tədbirin sonunda faciə qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib. *** Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar Naxçıvan MR-in bütün müəssisə və təşkilatlarında kütləvi tədbirlər təşkil olunur. Bununla əlaqədar olaraq Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsində, tarix-filologiya, iqtisad və digər fakültələrində konfranslar keçirilməkdədir. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə xarici tələbələrin də qatıldığı Naxçıvan Muxtar Respublikası tələbələrinin Xocalı faciəsinə həsr olunmuş İnternet aksiyası keçirilmişdir. Tədbirdə çıxış edən universitetin rektoru, akademik İsa Həbibbəyli 1992-ci il Xocalıda baş verən qanlı hadisələrin o zamankı Azərbaycan rəhbərliyinin fəaliyyətinin nəticəsi kimi dəyərləndirmiş, bu faciəyə hüquqi qiymətin yalnız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev rəhbərliyə gəldikdən sonra verildiyini bildirmişdir. Natiq universitetdə təhsil alan xarici tələbələrin də belə tədbirlərdə iştirakını və dəstəyini yüksək qiymətləndirmiş, bunun millətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulamışdır. Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini Arzu Abdullayev İnternet aksiya haqqında ətraflı məlumat verdikdən sonra aksiyaya start verilmişdir. İnternet aksiya vasitəsilə tələbə-gənclər Xocalı həqiqətlərini dünyanın əksər beynəlxalq təşkilatlarına, tanınmış ali təhsil ocaqlarına çatdıracaqlar. ***
Tədbirdə ADU-nun tarix kafedrasının baş müəllimi Qorxmaz Mustafayev və digər çıxış edənlər tarixin müxtəlif vaxtlarında rus imperiyasının dəstəyi ilə ermənilərin Azərbaycan torpaqlarını işğal etmək siyasətinin olduğunu qeyd etdilər və tələbələrə xarici dillərlə yanaşı, Azərbaycan tarixini də dəqiq öyrənməyin vacibliyini bildirdilər.
*** Fevralın 25-də Ağdam rayon 100 nömrəli köçkün orta məktəbində Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. öncə iştirakçılar Xocalı faciəsində şəhid olan həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tünzalə Agayeva Xocalı soyqırımını XX əsrin ən qanlı faciəsi olduğunu və bu dəhşətin heç vaxt unudulmayacağını qeyd edib. O, erməni vəhşiliyi və vandalizmi haqqında geniş danışaraq bildirib ki, bir daha belə faciələrin baş verməməsi üçün düşmənə qarşı daim hazırlıqlı və diqqətli olmalıyıq. Tədbirdə çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən söz açaraq torpaqlarımızın düşmənlərdən tezliklə azad olunacağına əminlik ifadə ediblər. Sonda şagirdlər faciə qurbanlarına həsr edilmiş şeirlər söyləyib və səhnəciklər göstəriblər. Naxçıvan Dovlət Universitetində Xocalı soyqırımının 18-ci ildonümünə həsr olunmuş silsilə tədbirlərin yekunu olaraq mərasim keçirildi. İlk öncə Azərbaycanın milli müstəqilliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olundu. Tədbiri giriş sözu ilə açan universitetin rektoru, akademik İsa Həbibbəyli Xocalı faciəsi haqqında geniş məruzə etdi. Qeyd olundu ki, Xocalı faciəsi bəşər tarixində misli görünməmiş ən dəhşətli faciədir. Rektor vurğuladı ki, 1994-cü il fevralın 24-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi və beynəlxalq içtimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Sonra Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix elmləri namizədi Xəzər Hüseynov "Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir" mövzusunda məruzə edərək faciənin başvermə səbəbləri və o zamankı ictimai-siyasi proseslər barədə şərh verdi. Hüquq fənləri kafedrasının baş müəllimi, hüquq elmləri namizədi Qəhrəman Behbudov "Xoçalı soyqırımı və beynəlxalq hüquq" adlı məruzəsində Xocalı soyqırımının heç bir beynəlxalq siyasi-hüquqi qanuna sığmadığını, demokratik dünya dövlətlərinin bu genosidə ədalətli qiymət vermələrinin vaxtı çatdığını bildirdi. Tədbirin sonunda Xocalı soyqırımının 18-ci ildonümünə həsr olunmuş rəsm sərgisinə baxış keçirildi. *** ötən əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı faciəsinin 18-ci ildönümü Bakının 115 nömrəli orta məktəbində də geniş qeyd olundu. Bu məqsədlə fevralın 23-də məktəbin akt zalında anım mərasimi keçirildi. Məktəbin dil-ədəbiyyat müəllimi Nəzakət Cəfərova faciənin bütün dəhşətlərini, erməni qəsbkarlarının vəhşiliklərini, amansızlığını əks etdirən və mərasimin hər bir iştirakçısında düşmənə qarşı güclü nifrət və qəzəb hissi oyadan təsirli ədəbi-bədii kompozisiya ssenarisi hazırlamışdı. Mərasim Dövlət himninin ifası ilə başlandı. Sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbirin aparıcıları IX və XI sinif şagirdləri Reyhanla Ağalar 18 il öncə fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən, faciənin başvermə səbəblərindən, o vaxtkı Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının taleyinə qarşı göstərdiyi biganəlikdən danışdılar, qırğının miqyasını, nəticələrini əks etdirən kədərli statistikanı diqqətə çatdırdılar. Uşaqlar hər dəfə böyük ürəkağrısı ilə söz açdıqları faciəni soyqırımı, genosid adlandırdılar.
Məktəbin direktoru Tanrıverdi Orucov şagirdlərin çıxışlarını yüksək qiymətləndirib onlara baxdıqca düşmənə qalib gələcəyimizə əmin olduğunu söylədi. Sonda onu da qeyd edək ki, anım mərasiminin keçirildiyi zal tədbirin ruhuna uyğun tərtib olunmuş, Xocalı faciəsinə həsr olunmuş kitablardan guşə yaradılmış, şamlar yandırılmış, divar qəzetləri asılmışdı. *** çağdaş tariximizə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı aktı kimi düşmüş Xocalı faciəsinin 18-ci ildönümü fevralın 25-də Qafqaz Universitetində anım mərasimi ilə qeyd olundu. Tələbələrin hazırladığı tədbirin seminar hissəsində giriş sözü söyləyən universitetin rektoru, professor Ahmet Saniç ermənilərin tarixən türklərə düşmən olduğunu, onlara qarşı saysız-hesabsız soyqırımı və terror aktları törətdiyini, bu baxımdan tarixdə misli görünməmiş qəddarlıqla həyata keçirilən Xocalı faciəsini də bütün türklərə qarşı yönəlmiş soyqırımı kimi qiymətlədirdiyini bildirdi. Seminarda çıxış edən millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva, tarixçi alimlər, professorlar Musa Qasımlı və Xaləddin İbrahimli Xocalı faciəsini tarixdə törədilmiş soyqırımlarla müqayisə edib onun məhz silahsız, dinc əhaliyə qarşı yönəldiyi üçün misli-bərabəri olmadığını, dünya dövlətləri tərəfindən indiyədək bu faciəyə düzgün və ədalətli siyasi qiymət verilmədiyini diqqətə çatdırdılar. Sonra universitetin teatr kollektivinin hazırladığı ədəbi-bədii proqram nümayiş etdirildi. Tələbələr Xocalı hadisələrinə, həmin müdhiş qırğın zamanı düşmən əli ilə faciəli şəkildə həlak olmuş yüzlərlə insanın acı taleyinə həsr olunmuş şeirlər söylədilər, səhnəciklər göstərdilər. *** Bakıdakı fizika-riyaziyyat və informatika təmayüllü liseydə Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. öncə bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad edildi. Tədbiri açıq elan edən məktəbin direktor müavini Valeh Bəyalıyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə XX əsrin ən ağır cinayətlərindən biri - erməni qəsbkarlarının törətdiyi misilsiz vəhşilikləri barədə məlumat verdi, qeyd etdi ki, erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, körpə uşaqların gözlərini çıxarmış, qocaları, uşaqları diri-diri torpağa basdırmış və yandırmışlar. Erməni cəlladları bu faciəni rus ordusunun 366-cı alayının bilavasitə köməyi və iştirakı ilə həyata keçirmişdir... Məktəbin müəllimləri Sərvinaz Əkbərova, Allahverdi Məmmədov çıxışlarında erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən ürəkağrısı ilə danışdılar. Sonra şagirdlər Nəsibə Tağıyeva, İlyas Dəmirov, Zinyət Əhmədova, Gülcənnət Hüseynli "Layla, Xocalım layla", "Xocalının Milli Qəhrəmanları", "Azərbaycan" kompozisiyalarını nümayiş etdirdilər. Naibə Müzəffərova, Türkan Məmmədli "Şəhid qardaşım", "Qəhrəman çingiz", "Dəfn edin məni, "Xocalı faciəsi", "Bir gəlin qaçırdı, dağlara sarı", "Azərbaycan", "Xocalı faciəsi" və s. şeirlər, bayatılar söylədilər. Sonda Milli Qəhrəman çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımının dəhşətli məqamlarından görüntülər göstərildi. *** Bakıdakı 124 nömrəli orta məktəbin tarix müəllimi Zülfiyyə Niftəliyeva VIII "A" sinfinin şagirdləriylə diskussiya təşkil etdi. İlk növbədə, Xocalı soyqırımı haqqında məlumat verərək, tədbirin sonrakı gedişatını daha çox şagirdlərin ixtiyarına buraxdı. Onlar öz fikirlərini sərbəst söyləyərək öyrəndikləri faktlarla onları izah etdilər. Sinif nümayəndəsi Emin İbrahimov xalqımızın indiyədək üzləşdiyi soyqırımı və faciələrin qısa xülasəsini şərh edərək Xocalı soyqırımının nəinki Azərbaycanda, bütün dünyada törədilən digər faciələrdən daha dəhşətli olduğunu vurğuladı və səbəbini uşaqların müzakirəsinə buraxdı. Murad Qubadzadə bildirdi ki, bu soyqırımı dinc əhaliyə divan tutulması olduğundan daha amansız sayılmalıdır. ümumiyyətlə, erməni vəhşiliyi tarix boyu sübut edib ki, normal müharibə aparmaq cəsarəti onlarda yoxdur. Namərdcəsinə, gözlənilmədən, heç nədən xəbərsiz insanları gülləbaran etmək, silahsız insanları öldürmək, onlara qalib gəlmək ermənilərin döyüş taktikasıdır. İnarə Mahmudova, Aynur Kazımova, Ehtiram Əlizadə ermənilərin Xocalı soyqırımı zamanı törətdikləri tükürpədici vəhşilikləri elə nəql etdilər ki, sanki həmin anları öz gözlərilə görmüşdülər. Sonra şəhidliyin ən ali, ən müqəddəs ad olması haqqında fikirlər söylənildi. Tədbirdə faciə ilə bağlı ən vacib amillər müzakirə edilib aydınlaşdırıldı və bütün fikirlər ümumiləşdirildi. Bütün bu kədərli məqamlar şagirdlərin gözlərində düşmənə amansız nifrət, günahsız soydaşlarının ruhuna dərin hörmət görüntülərilə sezilirdi. Onlar sadəcə, olanları düzgün təhlil edib, düzgün nəticə sıxarmağa çalışdılar. öz tarixlərini daha dərindən öyrənməyə cəhd etdilər və vətənin gələcəyinin məhz onlardan asılı olması məsuliyyətini dərk etməyə nail oldular. Diskussiya boyu öz dəyərli məsləhətlərilə şagirdlərə dəstək olan məktəbin dərs hissə müdiri Arizə Mahmudova belə maarifləndirici tədbirlərin keçirilməsinin şagirdlərdə milli ləyaqət, vətənpərvərlik hisslərinin formalaşmasında olduqca vacib rolu olduğunu vurğuladı. *** Bakının 87 nömrəli məktəbində şagirdlərin fəal iştirakı ilə keçirilən anım mərasimində qeyd olundu ki, düz 18 ildir Xocalısız yaşayırıq. Bu illərin ağrı-acısını, dəhşətini indi də yaşayırmış kimi hər il onun məhv olduğu günü yad edirik. Yad edirik ki, Xocalı deyilən bir şəhəri, onun amansızlıqla məhv edilmiş sakinlərini, həmin o dəhşətli 1992-ci il fevralın 25-dən 26-na keçən gecəni unutmayaq, yadlaşmayaq. Həmin günü unutmaq, hafizələrdən silmək də mümkün deyil. çünki həmin gecə tarixdə görünməmiş Xocalı faciəsi, Xocalı qırğını törədilmişdi. Bu faciə tarixin yaddaşına qanlı hərflərlə yazılmışdır. Şagirdlər hazırladıqları və təqdim etdikləri ədəbi-bədii kompozisiya ilə sanki Xocalının 18 il bundan əvvəlki harayına səs verirdilər, onu unutmadıqlarını, faciə qurbanlarına dərin ehtiramla, bu qanlı olayı törətmiş ermənilərə nifrət hissi ilə həmişə xatırlayacaqlarını bildirirdilər. Mərasimin sonunda çıxış edən məktəbin direktoru Elmira Ələkbərova tarixdə misli görünməmiş bu faciəyə ilk dəfə məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən 1997-ci ildə siyasi qiymət verildiyini, faciənin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun böyük xidmətləri olduğunu söylədi.
"Azərbaycan müəllimi"
|
![]() |
![]() |
![]() |
![]() |