|
|
|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə· Arxiv
|
Heydər ƏLİYEV
|
Kaliforniyanın Berkli Universitetində Xocalı faciəsinin on səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilib
ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Şurası, Berkli Türkdilli Tələbələr Assosiasiyası və Türk-Amerika Assambleyası Assosiasiyasının təşkilatçılığı ilə fevralın 19-da Berkli Universitetində XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə soydaşlarımız, Kaliforniyada təhsil alan azərbaycanlı tələbələr, Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun əməkdaşları və Berkli Universitetinin tələbələri iştirak etmişlər. Montana Universitetinin professoru Tomas Qoltz, Şimali Dakota Universitetinin professoru Tomas Ambrosio, Kaliforniyanın Devis Universitetindən Pərvin Axancı, baş konsulluğun əməkdaşı Elşən Baloğlanov, Türk-Amerika Assambleyası Assosiasiyasının nümayəndəsi Ergün Kirlikovalı və Azərbaycan-Amerika Şurasının icraçı direktoru Cavid Hüseynov çıxış etmiş, ermənilərin Azərbaycana təcavüzü, əsassız torpaq iddiaları barədə ətraflı məlumat vermişlər.
AzərTAc |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Faciənin dəhşətləri rəqəmlərin dili ilə
* 613 nəfər öldürülüb (106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca) * 8 ailə tamamilə məhv edilib * 25 uşaq hər iki valideynini itirib * 130 uşaq isə valideynlərindən birini itirib * 1275 nəfər girov götürülüb * 150 nəfər itkin düşüb * 1000 nəfər əlil olub |
|
"Ermənilər ayaq dırnaqlarımı çıxartdılar"
- Həmin gün axşam saat 9-da atışma yenidən şiddətləndi. Həmişəki kimi yenə də atamın həyətimizdə düzəltdiyi tunelə doluşduq. Qonşularımız Zinyət xala, Hüseyn dayı, Qaraş dayıgilin ailəsi də tuneldə idi. Gecə saat 12-yə kimi tuneldə qaldıq. Atəş səsi kəsilmirdi. Bu zaman polis işləyən dayım Tahir qaça-qaça gəldi ki, ermənilər şəhəri hər tərəfdən mühasirəyə alıb. Artıq Xocalının kənarında yaşayan Məhsəti türklərinin yaşadığı evləri ailələrlə birlikdə yandırdılar. Yanan uşaqların, qocaların ah-naləsi bütün şəhəri bürüyüb. Tuneldə qorunmaq artıq mənasızdır. Vaxt itirmədən tuneldən çıxdıq. Zinyət xala ilə Hüseyn dayı yaşlı olduqlarından orada qaldılar. |
Xocalı faciəsinin on səkkizinci ildönümü təhsil müəssisələrində qeyd olundu
|
Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Əsgərova açaraq qonaqları salamladıqdan sonra sözü Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vasim Məmmədəliyevə verdi. Akademik yubilyar sənətkarların yaradıcılıq məziyyətlərindən danışaraq qeyd etdi ki, onların hər birinin Azərbaycanın muğam sənətinin inkişafında, xalq musiqisinin zənginləşməsində, muğam sənətinin tədrisində zəhmətləri çox böyükdür. Məhz elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq artistləri Əlibaba Məmmədovu "İstiqlal" ordeni, Ağaxan Abdullayevi isə "Şöhrət" ordeni ilə təltif etmişdir. |
|
Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu
Mərasimdə bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ziyalılar, yubilyar məktəbin məzunları və pedaqoji kollektiv üzvləri, KİV mənsubları iştirak edirdilər. Yubiley tədbirində öncə 120 yaşlı məktəbin fəaliyyətindən bəhs edən "Butafilm" studiyasının hazırladığı film nümayiş olundu. "Dağların ziyalı yaddaşı" adlı filmdə Minkənd məktəbinin təşəkkülü və inkişaf yolu, rayonda, bütövlükdə Azərbaycanın tarixi ərazisi olan Zəngəzur mahalında təhsilin inkişafındakı, ziyalıların yetişməsindəki rolu xronoloji ardıcıllıqla geniş və dolğun şəkildə əks olunmuşdur. |
Müəllim hazırlığı: Türkiyə təcrübəsi
Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunludur
|
Dünya universitetləri - 26
|
![]() |
![]() |
![]() |
![]() |